2017-05-20

Daşkənddə 28 may –Respublika Günü münasibəti ilə təntənəli qəbul təşkil edilmişdir.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 28 may – Respublika günü münasibəti ilə rəsmi tədbir cari ilin may ayının 19-da Daşkənd şəhərində keçirilmişdir.

250 nəfərdən çox qonaq sayı olan tədbir “Wyndham Tashkent” otelində təşkil edilmişdir. Tədbirdə əsas qonaq qismində ölkə rəhbərliyinin göstərişi ilə Özbəkistan Respublikasının Baş Naziri cənab Abdulla Oripov iştirak etmişdir. Bildirmək istəyirik ki, Özbəkistanın müasir siyasi tarixində ilk dəfədir ki, bu kimi tədbirdə ölkənin baş naziri iştirak ediyindən yerli KİV-i tərəfindən ətraflı ışıqlandırılmışdır.

Baş nazirlə yanaşı tədbirdə Xarici İşlər Nazirinin müavini Saidikrom Niyazxocayev, Müdafiə Nazirinin müavini Baxodir Taşmatov, Milli Təhlükəsizlik xidmətinin rəis müavini Muxtar Niyazov, XİN-nin MDB ölkələri ilə iş idarəsinin rəisi Muxamedjan Botraliyev, Özbəkistanda akkreditə olmuş xarici ölkələrin səfirləri: Türkiyə (səfir ilə bütün diplomatik tərkib), Rusiya, Əlcəzair, Əfqanıstan, Banqladeş, Belarus, Bolqarıstan, Çin, Çex, Misir, Almaniya, Gürcüstan, Vatikan, Macarıstan, Hindistan, İndoneziya, İran, İsrail, İordaniya, Qazaxıstan, Latviya, Oman, Pakistan, SƏK, Tacikistan, Ukrayna, Böyük Britaniya, Vyetnamın və eyni zamanda YUNESCO, Qırmızı Xaç Komitəsinin sədri, Avropa İttifaqı Nümayəndəliyinin rəhbəri, Fransa səfirliynin müşaviri, ABŞ səfərliyin səfir müavini iştirak etmişdir. Digər dəvətlilər arasında elm işçiləri, mədəniyyət və ictimai xadimlər, diaspora nümayəndələri, jurnalistlər və s. nüfuzlu qonaqlar yer almışdır.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev öz çixişı ilə tədbirə açılış etmişdir. Səfir H.Quliyev çıxışında 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycanın qazandığı uğurlar, həyata keçirdiyi nəhəng lahiyələrdən bəhs etdikdən sonra, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü haqqında qonaqlara ətraflı məlumat verdişdir. Çıxış zamanı səfir Azərbaycan-Özbəkistan iki qardaş ölkə arasındakı yüksək səviyyəli münasibətlərdən danışaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə ölkə rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.

Tədbirdə verilən furşet zamanı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansablı milli rəqslərimizi ifa edərək maraqlı çıxışlar etmiş və qonaqlar üçün Azərbaycanın zəngin kartotekasından milli musiqilər səsləndirilmişdir.

Arxiv üzrə axtarış