Azərbaycan Respublikasına səyahət etməyə dair dövlətin tətbiq etdiyi qaydaları, proseduraları və tələblər

Pasport və viza barəsində məlumat

Aşağıda göstərilən məlumat Azərbaycan Respublikasına səyahət etməyə dair dövlətin tətbiq etdiyi qaydaları, proseduraları və tələbləri özündə əks etdirir.

Nəşrin məqsədi ancaq səyahətçiləri onların səyahəti ilə əlaqədar olan ölkənin ümumi qaydaları haqqında maarifləndirməkdir.

Mövzu üzrə daha dəqiq məlumatı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi İnternet səhifəsində (www.mfa.gov.az) əldə etmək olar, və həmçinin www.iatatravelcentre.com səhifəsini də ziyarət etməyinizi məsləhət görürük.

Giriş qaydaları

Azərbaycana daxil olmaq üçün Türkiyənin və MDB dövlətlərinin əksər vətəndaşları üçün viza almağa ehtiyac yoxdur.

Başqa ölkələrin vətəndaşları Azərbaycanın xaricdəki səfirliyində və yaxud baş konsulluğunda vizanı öncədən almalıdırlar.

“Azərbaycan Respublikasına daxil olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bir sıra məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2010-cu il tarixli Qərarına müvafiq olaraq 15 sentyabr 2010-cu il tarixdən etibarən əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər viza almaq üçün ərizə ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə bilavasitə aşağıdakı hallarda müraciət edə bilərlər: 
- Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələri ilə nəzərdə tutulmuş hallarda; 
- Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasının baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisinin sədrinin, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin rəsmi dəvəti ilə Azərbaycan Respublikasına daxil olarkən; 
- Dövlət Miqrasiya Xidməti ilə razılaşdırılma əsasında, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin, Azərbaycan Respublikası Baş Prokurorunun, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Səlahiyyətli Nümayəndəsinin (Ombudsmanının), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK-nın) sədrinin, Mərkəzi İcra hakimiyyəti orqanı rəhbərinin, Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin müdirinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin rəhbərliyinin, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin, Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələr əsasında Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici şirkət rəhbərlərinin rəsmi dəvəti ilə Azərbaycan Respublikasına daxil olarkən; 
- Əcnəbi ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının administrativ və texniki xidmətinin tərkibinə daxil olan əməkdaşlar, şəxslər, həmçinin beynəlxalq təşkilatların nümayəndələri və onların ailə üzvləri, o cümlədən xüsusi diplomatik missiyalı əcnəbilər Azərbaycan Respublikasına daxil olarkən; 
- fövqəladə hadisələrin nəticələrini aradan qaldırmaq üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi təqdimatı ilə Azərbaycan Respublikasına daxil olarkən; 
- Azərbaycan Respublikasında yaşamış ailə üzvünün vəfat etməsi (ailə üzvünün vəfat etməsini təsdiq edən sənəd əsasında) ilə əlaqədar Azərbaycan Respublikasına daxil olarkən; 
- ərazilərində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları olmayan, amma Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi olan əcnəbi ölkələrin vətəndaşları Azərbaycan Respublikasına daxil olarkən;

Mövzu üzrə dürüst məlumatı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi İnternet səhifəsində (www.mfa.gov.az) əldə etmək olar, və həmçininhttps://www.iatatravelcentre.com/ səhifəsini də ziyarət etməyinizi məsləhət görürük.

DİQQƏT!



Əlavə məlumat: tanış və qohumlarının yanına gələn sərnişinlər olduqları yer üzrə yerli polis bölməsində qeydiyyatdan keçməlidir. 
Sərnişinlər Azərbaycanda olduqları müddət ərzində oteldə qaldıqları təqdirdə qeydiyyat bilavasitə otel tərəfindən aparılmalıdır.

Gömrük qaydaları

Xarici valyutanın məbləği ölkəyə daxil olarkən bəyan edilməlidir (bəyannaməyə əlavə olunmalıdır). Şəxsi istifadə üçün aşağıdakıların predmetlərin çıxarılmasına görə rüsum alınmır: 125 qramadək balıq kürüsü, 3 blok siqaret, 3 litr spirtli içki və zəruri dərmanlar. İstənilən antikvar malların (qiymətli daşlar, sikkələr və başqa incəsənət əsərləri daxil olmaqla) müvafiq orqanların icazəsi olmadan çıxarılması qadağandır. Narkotik maddələrin, silah və sursatların (icazəli silahlar istisna olmaqla), ölkənin mənəviyyatını təhqir edən və qanunlarını pozan ədəbiyyat və video materialların gətirilməsi qadağandır. www.customs.gov.az internet səhifəsini istinad etməklə daha geniş məlumat əldə edə bilərsiniz.

Valyuta

Azərbaycan Respublikasının milli valyutası Azərbaycan manatıdır (AZN). Səyahətçinin xarici valyutası və çekləri Azərbaycan manatı ilə bütün banklarda dəyişdirilir. MasterCard / Visa bank kredit kartları Azərbaycan Respublikasının paytaxtının bir çox banklarında və mağazalarında qəbul olunur.

Arxiv üzrə axtarış