İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Özbəkistan Respublikası

 

İki ölkə arasında diplomatik münasibətlər 02 oktyabr 1995-ci ildə yaradılmışdır. Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi 1996-cı ildə fəaliyyətə başlamışdır. Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1998-ci ilin may ayında fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Özbəkistan  Respublikasındakı Səfiri Hüseyn Quliyevdir.

Yüksək səviyyəli səfərlər və görüşlərin xronologiyası

Dövlət başçıları

1996-cı il 26-27 may – Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycana rəsmi səfər etmişdir.

1996-cı il 20-21 oktyabr – Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Özbəkistan Respublikasına işgüzar səfər etmişdir (Türkdilli Ölkələrin

Dövlət Başçılarının IV Zirvə Görüşü).

1997-ci il 18-19 iyun – Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Özbəkistana rəsmi səfər etmişdir.

1998-ci il 7-8 sentyabr – Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycana işgüzar səfər etmişdir (“Tarixi Böyük İpək Yolu”nun bərpasına həsr edilmiş beynəlxalq  konfrans).

2004-cü il 23-24 mart – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistana rəsmi səfər etmişdir.

2008-ci il 11-12 sentyabr – Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycana rəsmi səfər etmişdir.

2010-cu il 27-28 sentyabr – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistana rəsmi səfər etmişdir.

2012-ci il 11-12 oktyabr – Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycana rəsmi səfər etmişdir.

Xarici işlər nazirləri

2006-cı il 19-21 iyun -  Özbəkistan Respublikasının xarici işlər naziri Elyor Qəniyev Azərbaycana işgüzar səfər etmişdir (İslam Konfransı Təşkilatının xarici işlər nazirləri Şurasının 33-cü iclası).

2016-cı il 18-19 oktyabr - Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Özbəkistana işgüzar səfər etmişdir (İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 43-cü iclası) .  

Parlamentlərarası əlaqələr

2006-cı il 4-5 may - Özbəkistan Respublikası Ali Məclisinin (Parlament) Qanunvericilik palatasının Sədri Erkin Xəlilov Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu Zirvə Toplantısı).

2012-ci il 15-16 oktyabr - Özbəkistan Respublikası Ali Məclisi (Parlament) Senatının Sədri İlqizar Sobirov Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısı).

Azərbaycan Reepublikası Milli Məclisində Azərbaycan-Özbəkistan parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimovdur.

Humanitar sahədə əməkdaşlıq

Səfərlər

16-17 fevral 2012-ci ildə Daşkənd şəhərində keçirilmiş “Təhsilli və intellektual inkişaf etmiş nəslin hazırlığı - ölkənin davamlı inkişafının və müasirləşməsinin mühüm şərti” adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Özbəkistanda səfərdə olmuşdur.

1-4 oktyabr 2014-cü il tarixlərində Səmərqənddə keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 99-cu iclasında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

26 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdə olmuşdur.

19 may 2015-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdə olmuşdur.

Mədəni və humanitar tədbirlər

16 sentyabr 2011-ci ildə Daşkənddə Azərbaycan mədəniyyəti günü keçirilmişdir.

İqtisadi əməkdaşlıq

İki ölkə arasında 18 iyun 1997-ci il tarixindən qüvvədə olan “Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılması haqqında Protokol”a əsasən əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılmışdır. Hazırda birgə komissiyanın Azərbaycan tərəfindən həmsədri Baş nazirin birinci müavini Yaqub Eyyubov, Özbəkistan tərəfindən isə həmsədr Baş nazirin müavini Alişer Sultanovdur. Bu günə kimi komissiyanın on iclası keçirilmişdir. Sonuncu iclas 9-10 oktyabr 2012-ci il tarixlərində Bakı şəhərində keçirilmişdir.

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi

İl

Ticarət dövriyyəsi

İdxal

İxrac

Saldo

2013

21,5

10,8

10,7

-0,9

2014

61,5

23,6

37,9

+16,3

2015

17,4

6,2

10,9

+4,7

2016

15,3

11,9

 3,4

-8,5

2017-ci ilin yanvar-iyun aylarında

 7,21

 5,9

1,3

 -4,6

(mln ABŞ dolları ilə)

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında 105 sənəd imzalanmışdır.

Arxiv üzrə axtarış