26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçiriləcəkdir.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyində (Daşkənd şəhəri, Şark Tongi küçəsi, 25) səsvermə məntəqəsi yaradılmışdır. Özbəkistan Respublikasında daimi və ya müvəqqəti yaşayan, aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları 26 sentyabr 2016-cı ildə saat 08:00-19:00 ərzində Səfirliyə gəlib səsvermədə iştirak edə bilərlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti