Dövlət rüsumunun ödənilməsindən azadolma halları

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması üçün Dövlət rüsumunun ödənilməsindən azadolmalar.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı hallarda ödənilmir:

1) doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi;
2) ölümün qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi;
3) övladlığa götürülmənin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi;
4) atalığın müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti