2023-12-20

Özbəkistan Respublikasında, daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının DİQQƏTİNƏ

7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılmaqdadır.

Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Özbəkistan Respublikasında daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinə müraciət etmələri xahiş olunur.

 

Telefon: +998 71 207 80 10 / +98 71 207 80 18

Email: tashkent@mission.mfa.gov.az

 

Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay və gün) və yaşadığı ünvan barədə məlumat təqdim olunmalıdır.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda seçki məntəqələri yaradılacaqdır.

 

7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyində Yasamal ikinci 16 saylı məntəqə seçki komissiyası fəaliyyət göstərəcəkdir.

 

Tarix : 07.02.2024

 

Saat :  08.00-19.00

 

 

Ünvan: Daşkənd şəhəri, Şərq Tonqi 25

 

Azərbaycan Respublikasının

Özbəkistan Respublikasındakı Səfirliyi

Arxiv üzrə axtarış