2018-04-02

Azərbaycanın Özbəkistandakı səfirliyində prezident seçkiləri ilə əlaqədar hazırlıq işləri tam başa çatdırılıb

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Özbəkistandakı səfirliyimizdə hazırlıq işləri tam başa çatdırılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin sədrliyi ilə səfirlikdə 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində 44 saylı seçki məntəqəsi yaradılıb.

Səfir Hüseyn Quliyev bildirib ki, Özbəkistanda yaşayan və işləyən Azərbaycan vətəndaşlarının sərbəst şəkildə səs vermələri üçün hər bir şərait yaradılıb. Səsvermə hüququ və konsulluq qeydiyyatında olan vətəndaşlarımızın siyahıları tərtib edilib, artıq siyahıda 152 seçicinin adı var və həmin gün səsvermədə daha çox seçicinin iştirak edəcəyi gözlənilir.

Aprelin 11-də Özbəkistanda ezamiyyətdə olan vətəndaşlarımız da qanunvericiliyə uyğun olaraq səfirliyə gəlib səsvermədə iştirak edə biləcəklər.

 

https://azertag.az/xeber/1148966 

Arxiv üzrə axtarış