2018-07-24
Azərbaycan Respublikasının Özbəkistandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Quliyevlə özəl müsahibə. Özəl olaraq «Xabar.uz» İnformasiya-analitik portal"ı üçün

- Özbəkistanda uzun illik diplomatik təcrübəniz var. Sizi artıq cəsarətlə Özbəkistan üzrə ekspert adlandırmaq olar. Siz Azərbaycanın informasiya agentlikləri vasitəsilə Özbəkistanın əldə etdiyi nailiyyətlər barədə Azərbaycan cəmiyyətinə sistemli şəkildə məlumat verirsiniz. Bu sizin Azərbaycanın Özbəkistandakı səfiri kimi fəaliyyətinizin ilk günlərindən görünür. Həmçinin, Özbəkistanın bir çox xəbər agentliklərində arzuolunan qonaqsınız. Özbək jurnalistləri sizinlə həmişə səmimi, dostluq və qardaşlıq şəraitində danışırlar. Hüseyn Rzayeviç icazə verin sizə ənənəvi özbək etiketindən istifadə edərək, sizə Hüseyn AĞA kimi müraciət edim.

- Bəli, əlbəttə. Buyrun. Özbəkistandakı dostlarım həmişə məni Hüseyn Ağa adlandırır, bu mənə xoşdur və mən bununla fəxr edirəm. Özbəkistanda özünə münasibətdə ənənəvi özbək etiketini və qardaşlıq münasibətini hiss etmək mənim üçün qürurvericidir.

- Təşəkkür edirəm Hüseynağa. Sizin rəhbərliyinizlə diplomatik korpusun mədəni və humanitar fəaliyyəti Özbəkistanda böyük nüfuza malikdir. Xahiş edirəm, azərbaycanlıların müasir Özbəkistanı necə qəbul etdiyini, azərbaycanlılarla özbəklər arasında hansı ümumi cəhətləri sayardınız.

- Birincisi, azərbaycanlılar hər zaman və hər yerdə özbəkləri qardaş kimi qəbul ediblər və düşünürəm ki, gələcəkdə də belə olacaq. İkincisi, bizim köklərimiz eynidir, biz Türk xalqıyıq. Üçüncüsü, tarixi və mədəni cəhətdən özbəklər və azərbaycanlılar bir-birinə çox yaxındırlar. Min illərdir ki, atalarımız qarşılıqlı şəkildə zənginləşdirilən əlaqələrə malik olub və bu, bizim xalqlarımızın qarşılıqlı əlaqələrində görünən izlər qoymaya bilməzdi.

Xalqlarımız arasında ümumi xüsusiyyətlər haqqında çox cildli kitablar yazmaq olar. Mentalitetdəki hər bir oxşarlıq və ya adətlərdəki hər bir bənzərlik haqqında ayrı bir akademik araşdırma aparmaq olar. Mən özbəklərin özümün qarşılaşdığım və xoşuma gələn fərqli xüsusiyyətləri barədə danışacağam.

Məsələn, özbək gənclərinin ağsaqqallara qarşı nəzakətli davranışını və hörmətini sevirəm. Hər gün səhər tezdən, təmiz havada idman etdikdən sonra Daşkənddə yaşadığım məhəllənin küçələrində gəzirəm. Təmiz havada idman etmək xoş bir əyləncədır. Xüsusilə, səhər saatlarında Daşkəndin havası çox gözəl olur. Məhəllədə gəzərkən mən məktəbə səhər tezdən tələsik gedən məktəbliləri, öz uşaqları ilə bağça istiqamətində hərəkət edən cütlükləri və ya sadəcə küçədən keçənlərlə rastlaşıram və onlar da mütləq Şərqdə qəbul olunduğu kimi "Əssalam əleyküm" deyirlər. Buna cavab olaraq həmişə "Və əleyküm Əssalam" cavabını verirəm və onlar təbəssümlə sağ əllərini ürəklərinin üstünə qoyaraq yanımdan keçirlər.

Özbəkistanda qaldığım ilk günlərdə mən buna təəccüblənirdim. Düşünürdüm ki, bu necə ola bilər: onlar məni tanımır, ancaq təbəssümlə salam verir və hətta hörmət əlaməti olaraq əllərini ürəklərinin üzərinə qoyurlar. Özbək dostlarımdan soruşduqdan sonra özbək xalqının xarakterinin gözəl tərəflərini öyrəndim. Sən demə, Özbəkistanda böyüklərə hörmət qohumluq və ya tanışqlıqdan asılı olmayaraq nümayiş olunur. Özbək etikasına görə əgər insan yaşca böyükdürsə, yanından keçən gənc böyüyə hörmət etməyə borcludur və adətə görə birinci salamı gənc verməlidir. 

Maraqlıdır ki, mən də tədricən özbəklərin bu xüsusiyyətini mənimsəməyə başladım. İndi hər gün səhər tezdən məhəllənin küçələrində gəzərkən ailəli cütlüklər və tələbələrlə qarşılaşanda sağlamlıq, ailə və hava haqqında danışırıq. Biz axı hər gün bir-birimizi görürük. Mən özüm də öyrəşmişəm və deyim ki, bundan xoşum gəlir. Hətta kimsə özü hiss etmədən yanımdan ötüb keçəndə təəccüblənirəm ki, niyə bu gənc mənə salam vermədi. Elə olub ki, iradımı bildirmişəm və təbəssümlə məndən üzr istəyərək deyiblər: ağsaqqal, siz haqlısız, necə olub ki, yanımdan keçən ağsaqqalı görməmişəm. Nəzakət və üzlərdəki daimi mehriban təbəssüm, bu hər bir özbəyin xarakterik cəhətləridir. Ən azından mən bunu hər gün görürəm.

- Bəli, siz haqlısınız. Amma belə bir xeyirxahlıq və nəzakət - Azərbaycan xalqının da fərqləndirici xüsusiyyətləridir. Birmənalı olaraq, azərbaycanlılar və özbəklər qohum xalqlardır. Hal-hazırda həm sizin, həm də bizim bir çox universitetlərimiz, institutlarımız və KİV qarşılıqlı faydalı fəaliyyət üçün əlaqə qurmaq istəyir. Bu baxımdan, iki xalqın daha da yaxınlaşması üçün Azərbaycan səfirliyi tərəfindən hansı siyasi, mədəni və humanitar tədbirlər həyata keçirilir?

- Azərbaycanın Daşkənd səfirliyinin qapıları həmişə dostlara açıqdır. Biz həmişə Azərbaycanla mədəni və humanitar əlaqələr qurmaq istəyənləri dəstəkləməkdən məmnunluq duyuruq. Azərbaycan mediası, universitetlər və tədqiqat institutları ilə əlaqələr qurmaq üçün bürokratik maneələr yoxdur. Bizim özbəkləri Azərbaycanın mədəniyyəti və elmi ilə tanış etmək üçün xüsusi bir iş planımız var. Həmçinin biz azərbaycanlıların Özbəkistan mədəniyyəti və elmi ilə sistemli tanışlığını həyata keçiririk. Bizim üçün bu mənada xalqlarımızın daimi əlaqələrinin olması çox vacibdir.

Xalqlarımız arasında mədəniyyətlərarası və humanitar əlaqələrin inkişafı missiyanı həyata keçirmək üçün Daşkənddə eyni adlı küçədə Azərbaycanın Özbəkistandakı səfirliyi yanında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.

Mərkəzdə kompüter proqramları və Azərbaycan dili üzrə kurslar təşkil edilir. Azərbaycan dilini məşhur azərbaycanlı müəllim Salamə Fətəliyeva öyrədir. Burada dərnəklər (rəqslər, rəsm və tikmə işləri) var. Mərkəzdə Əməkdar artist Kokab Əliyevin rəhbərliyilə "Azərbaycan" musiqi qrupu və "Azərbaycan qızları" rəqs ansamblı yaradılmışdır.

Həmçinin, bizim Mədəniyyət Mərkəzində konfrans zalı, kitabxana, 3 muzey - Heydər Əliyev muzeyi, Azərbaycan dövlətçiliyi tarixi muzeyi, Azərbaycan və Özbəkistanın ümumi tarixi muzeyləri var. Azərbaycan Mədəniyyət Mərkəzində qədim Azərbaycan geyimləri və müasir rəqs kollektivləri üçün geyimlər saxlanılır.

Qeyd etmək lazımdır ki, bu Mərkəzdə dostluq və qardaşlıq missiyasını əvvəl prezident Məsələləri üzrə İdarəetmə Kitabxanasında işləmiş Samir Abbasov yerinə yetirir. O, Özbəkistanda Azərbaycan Respublikasının səfirliyi yanında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sərəncamına uyğun olaraq 2013-ci ilin  fevral ayında təyin edilib. O, həmçinin Azərbaycanın mədəniyyət, turizm, elm, təhsil və diaspora məsələləri üzrə Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyinin birinci katibidir.

Özbəkistanda mədəni sahədə fəaliyyətimiz barədə ətraflı məlumat almaq istəyənlər Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyi yanında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin veb səhifəsinə müraciət edə bilər.

- Elm, mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində azərbaycanlılar və özbəklər arasında əsrlər boyu davam edən ənənəvi əlaqələr var. Azərbaycanlılar Özbəkistan sənətinə simpatiya ilə yanaşırlar, Özbəkistanda isə heç bir toy Azərbaycan incəsənət adamlarının repertuarından bir neçə mahnı ifa edilmədən keçmir. Hüseyn ağa necə düşünürsünüz, Azərbaycan və Özbəkistanın aparıcı elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə birgə yaradıcılıq axşamları təşkil etməyin vaxtı deyilmi?

- Siz doğru qeyd etdiniz. Vaxtıdır. Biz artıq bu layihə üzərində işləyirik. Hətta bu istiqamətdə müvafiq iş planı var. Azərbaycanda da buna ehtiyacın olduğu hiss olunur.

Bəli, özbək toylarında tez-tez Azərbaycanın tanınmış mahnıları ifa olunur lakin qeyd olunmalıdır ki, Azərbaycan toylarının da heç biri "Qara Goz" və "Bəri gəl" Xarəzm "Ləzgi"si olmadan keçmir. Bir neçə ildir ki, Bakıda keçirilən Beynəlxalq muğam ifaçıları müsabiqəsində, özbək muğamlarının ifaçıları mükafatlar alıblar və nəzərə alınmalıdır ki, müsabiqə bütün Azərbaycan ərazisində yayımlanır. Azərbaycanda özbək artistlərinin qastrol səfərləri anşlaqla keçir. Bakıda özbək artistlərinin konsertlərinə bileti əvvəlcədən sifariş etmədən əldə etmək mümkün deyil.

Mən Daşkənddə dostumun oğlunun toyunda olanda ilk dəfə özbək müğənnilərinin ifasında Azərbaycan mahnılarını eşitdim. Əvvəlcə bunun Azərbaycandan gələn qonağın şərəfinə olduğunu düşündüm, amma beş ildir ki, Özbəkistanda yaşayıram və   anladım ki, bu özbək toyları üçün adi haldır. 

- Özbəkistan coğrafi cəhətdən Asiya qitəsinin mərkəzində yerləşir və Mərkəzi Asiyanın ürəyi hesab olunur. Son illərdə hər iki ölkə intensiv şəkildə islahatlar aparır, necə düşünürsünüz, Azərbaycanla Özbəkistan arasında ikitərəfli iqtisadi əlaqələrin hansı istiqamətlərini intensiv inkişaf etdirə bilərik?

- Özbəkistan yalnız coğrafi cəhətdən Mərkəzi Asiyanın ürəyi deyil. Özbəkistan Mərkəzi Asiya regionunda əsas rol oynayır, onun iştirakı olmadan heç bir məsələ həll edilə bilməz.

Bildiyiniz kimi, Cənubi Qafqaz regionunda Azərbaycan Özbəkistanın geosiyasi və geoiqtisadi cəhətdən vacib sayılan əsas tərəfdaşıdır. Mən əminliklə deyə bilərəm ki,  ölkələrimiz arasında bugün qarşılıqlı siyasi etimad yaranıb və hər iki ölkə beynəlxalq və regional təşkilatlarda bir-birini dəstəkləyir. Ancaq biz bununla kifayətlənməyi düşünmürük.

Özbəkistan prezidenti Şövkət Mirziyoyevin həyata keçirdiyi ağıllı, uzaqgörən siyasət sayəsində ölkədə və regionda sülh və sabitlik təmin edilir. Şövkət Mirzəyevin prezident olması ilə qonşuları ilə münasibətlərin normallaşdırılması üçün bir sıra tədbirlər görülmüşdür. Bu addımlar ölkənin potensialını əhəmiyyətli dərəcədə gücləndirmişdir, Orta Asiya ölkələri ilə əlaqələr artırılmışdır.

Ölkəyə investisiya cəlb etmək üçün prezident Mirziyoyev azad iqtisadi zonaları yaratdı. Onlar kiçik, o cümlədən hər hansı bir miqyasda işləmək üçün vergi, gömrük, kredit imkanları olan xüsusi iqtisadi sahələrdir. Bu gün Özbəkistanda üç ATS var: "Navoi", "Anqren", "Cizak". Təsərrüfat subyektlərinin verginin əsas hissəsindən azad edilməsi xüsusilə, xarici investisiyanın nizamnamə kapitalında iştirakıyla bağlı olduqca geniş imkanlar yaradır.

Yeni müqavilələrin bağlanması ilə yanaşı, iqtisadi forumlar iki ölkənin imkanları barədə biznes ictimaiyyətin məlumatlandırılmasına xidmət edəcək. Bankçılıq və maliyyə sektorunda əlaqələrin inkişaf etdirilməsi, ixrac mallarının və xidmətlərin çeşidini radikal şəkildə yenidən nəzərdən keçirmək lazımdır. Bu, iş adamları arasında dialoqun genişləndirilməsində həlledici rol oynayacaq.

Belə ki, bu il fevralın 20-də Özbəkistanın Ticarət və Sənaye Palatası və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası iki ölkə sahibkarlarının iştirakı ilə biznes forum və əməkdaşlıq mübadiləsi keçiriblər. Bu, işgüzar əməkdaşlığın intensivləşdirilməsi üçün əlavə stimul idi. Azərbaycandan olan nümayəndə heyətinə tikinti, ərzaq, proqram təminatı, turizm, maliyyə, tekstil və digər sahələrdə şirkətlərin nümayəndələri daxil idi. Forum Azərbaycan məhsullarının Özbəkistan bazarına çıxışının təşkili, iş adamları ilə işgüzar əlaqələrin qurulması və Özbəkistanda investisiya mühitinin təqdim olunması üçün effektiv bir platforma olmuşdur.

2017-ci ilin yekunlarına görə ölkələrimiz arasında ticarət dövriyyəsi 31,2 milyon ABŞ dollar, ixracat 26,2 milyon dollar, idxal isə 4,9 milyon dollar təşkil edir. Özbəkistan iqtisadiyyatına qoyulan sərmayələrə gəldikdə bildirmək istərdim ki, bu günə qədər Özbəkistan ərazisində 84 Azərbaycan müəssisəsi fəaliyyət göstərir. Onlara 71-i QK və yüz faiz xarici kapital ilə fəaliyyət göstərən 11 müəssisə daxildir. Bu müəssisələrin əsas fəaliyyət istiqamətləri ticarət, mühəndislik və metal emalı, maliyyə və sığorta, daşınmaz əmlak əməliyyatları, enerji, xidmət, zərgərlik istehsalı və təmiri, yeyinti və yüngül sənaye sahələridir.

- Azərbaycan turizm biznesində çox böyük təcrübəyə malikdir. Hazırda Özbəkistan turizmin inkişafı üçün radikal addımlar atır. İqtisadiyyatın bu sektorunda ölkələrimiz arasında əməkdaşlığın perspektivini necə xarakterizə edərdiniz?

- Bu günə qədər Özbəkistan-Azərbaycan əlaqələri turizm sahəsində uğurla inkişaf edir. Özbəkistan Azərbaycan üçün vacib turist bazarlarından biridir. Şirkətlərimiz yalnız Daşkənddə deyil, bir sıra rayonlarda da turizm idarələri ilə uğurlu fəaliyyət göstərirlər.

Qeyd etmək istərdim ki, Azərbaycana Özbəkistandan gələn turistlərin sayı hər il artır. 2013-2014-cü illərdə Azərbaycana gələn Özbəkistan vətəndaşlarının sayı təxminən 14 min nəfər idi və 2016-cı ildə bu göstərici 19 min nəfərdən çox idi və 2017-ci ilin sonuna kimi bu göstərici bir qədər artdı.

- Sizin Eurasia Diary Beynəlxalq İnformasiya və Analitik portalına verdiyiniz özəl  müsahibə böyük ictimai rezonans yaratdı.

Bu müsahibə özbək informasiya portallarında da nəşr olundu. Siz oxucuya Özbəkistan diplomatiyasının əldə etdiyi nailiyyətlər barədə geniş və dəqiq məlumatlar verdiniz. Bununla yanaşı, Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin fəaliyyətinin dərin təhlilini təqdim etdiniz.

Hörmətli Hüseyn ağa müsahibənin dərc olunmasından sonra çox sayda özbək oxucusu Azərbaycan Prezidenti İlham Əliyevin siyasi portreti ilə onları tanış etmənizi istəyib. Xahiş edirik, onun fəaliyyəti haqqında bizə məlumat verin.

- Şübhəsiz ki, İlham Əliyev postsovet məkanında ən praktik dövlət adamlarından biridir. Bu onun siyasi yolunu izləməklə təsdiqlənə bilər. Prezident İlham Əliyevin dövlət başçısı kimi uğurlu siyasətini analiz etdikdən sonra Prezidentin  Azərbaycanın daxili və xarici siyasəti, hərb, strategiya, sənaye, mədəni və idman sahələri və informasiya texnologiyaları sahəsində xidmətləri Azərbaycanın inkişafı və çiçəklənməsində önəmli rol oynadığı əminliklə ifadə edilə bilər.

İlham Əliyevin irəli sürdüyü multikulturalizm ideyası həmişə Azərbaycanda həyat tərzi olmuşdur. Azərbaycanlılar əsrlər boyu dözümlülük, tolerantlıq, başqa dinlərə və mədəniyyətlərə hörmətlə yanaşıb və bizim xalq üçün xarakterik olan bu cəhətə görə Azərbaycana dünyada İslam həmrəyliyinin və mədəniyyətlərarası dialoq sahəsində bu gün böyük diqqət yetirilir.

Azərbaycanda iri miqyaslı beynəlxalq tədbirlərin - Avropa və İslam oyunları, qlobal forumların keçirilməsi Azərbaycanın dünya arenasında yüksək nüfuzunun göstəricisidir.

Mən vurğulamaq istəyirəm ki, İlham Əliyev fenomeninin öyrənilməsi müasir siyasi elm üçün vacibdir. Bu baxımdan Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyinin təşəbbüsü ilə yazıçı-publisist, əməkdar jurnalist, Milli Məclisin üzvü Elmira Axundovanın "İlham Əliyev" kitabının təqdimatı keçirilmişdir.

- "Şübhəsiz ki, hər bir dövlətin inkişafı üçün sülh və sabitlik heç də az əhəmiyyət kəsb etmir, Azərbaycan haqqında söhbət edərkən, gözümüzün önündə tərəqqi edən və sülhün olduğu bir ölkə canlanır. Bundan əlavə, təəssüf ki, Dağlıq Qarabağ problemini də bilirik, azərbaycanlı qardaşlarımızın ürəklərindəki ağrını təsəvvür edirik. Özbəkistan hər hansı bir münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu məsələdə Özbəkistanın mövqeyi birmənalı və dəyişməzdir. Bu uzun sürən münaqişəni həll etmək üçün bu gün hansı addımlar atılır?

- Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Bütün dünya ictimaiyyəti bu həqiqəti çoxdandır ki, tanıyıb. Əslində, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 20 mindən çox insan öldürülüb, təxminən 200 min hərbçi və azərbaycanlı mülki vətəndaş yaralanıb. Bu münaqişənin nəticəsi kədərli və faciəlidir. Dağlıq Qarabağdan, Ermənistandan və işğal altındakı yeddi rayondan çıxarılan azərbaycanlıların sayı 1 milyondan çoxdur. Azərbaycan Respublikasının ərazisinin təxminən 20% -i işğal edilmiş, 946 yaşayış yeri ələ keçirilmişdir.

Təəssüf ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan bütün qətnamələr bu günə qədər yerinə yetirilmir. BMT-nin Nizamnaməsinə əsasən, Təhlükəsizlik Şurasının qətnamələri bütün dövlətlər üçün məcburidir (Maddə 25, 48).

Dağlıq Qarabağdakı separatçı qruplar 2016-cı il aprelin 2-də təmas xəttində Azərbaycan əhalisinin kompakt yaşadığı yerləri, o cümlədən məktəblər, xəstəxanalar və ziyarətgahları ağır silahlardan atəşə tutmuşlar.

Separatçıların məsuliyyətsiz hücumları nəticəsində 6 nəfər həlak olub, 33 nəfər uşaq, o cümlədən uşaqlar yaralanıb. Əks-hücum nəticəsində  Azərbaycan Silahlı Qüvvələri, düşmənə layiqli cavab vermiş, strateji əhəmiyyətli mövqelər işğaldan azad edilmişdir.

Xarici İşlər Nazirliyinin, diplomatik missiyaların və ölkəmizin konsulluqlarının digər orqanlarla əməkdaşlığı nəticəsində aprel hadisələri zamanı dünyaya  Azərbaycan barədə həqiqəti çatdırmaq mümkün oldu.

Dünyanın nüfuzlu KİV-lərində Azərbaycanın ədalətli mövqeyini əks etdirən çoxsaylı məqalələr  nəşr olundu, foto və videomateriallar nümayiş olundu.

İşğal olunmuş ərazilərin azad edilməsindən sonra 24 yanvar 2017 ildə Azərbaycan Prezidenti İlham Əliyev kəndlərin bərpası ilə bağlı tədbirlər görülməsinə dair sərəncam imzalayıb. Bərpa işləri çərçivəsində 50 fərdi ev, məktəb binalarının və əlaqədar strukturların ilkin mərhələsinin tikintisi üçün Prezidentin Ehtiyat Fondundan böyük məbləğdə vəsait ayrılmışdır.

- Bizim gənc jurnalistlər də şəxsən Azərbaycan haqqında daha çox öyrənmək istəyirlər. Onların bir çoxu sizinlə daha yaxından tanış olmaq və səmimi bir mühitdə Azərbaycan Respublikasının Özbəkistandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Quliyevlə danışmaq istərdi. Bu baxımdan, biz Özbəkistanda aparıcı xəbər agentliklərindən bir neçə gənc jurnalistin iştirakı ilə mətbuat konfransı təşkil edə biləcəyimizi və belə bir mətbuat konfransı üçün hansı mövzunu seçmək istədiyinizi bilmək istərdik.

- Mən həmişə özbək dostlarımla görüşməyə sevinirəm. Bizim həmişə özbək jurnalistlərə deməyə sözümüz var. Buna görə də məmnuniyyətlə Özbəkistanın gənc jurnalistləri üçün mətbuat konfransı təşkil edəcəyik. Mən yüksək səviyyəli hökumət rəsmiləri, parlament, incəsənət xadimləri və Azərbaycanın mədəniyyət nümayəndələri ilə mətbuat konfransı təşkil edəcəyimə söz verirəm. Axı, onlar gözəl Özbəkistanın daimi qonaqlarıdırlar.

- Hüseyn ağa, belə bir xoş və geniş söhbət üçün çox təşəkkür edirəm və sonda özbək oxucusuna nə demək istərdiniz?

- Mən bütün Özbəkistanlılara ailə xoşbəxtliyi və firavanlıq arzulayıram. Özbəkistanlılar öz əməksevərliyi və insanlığı sayəsində uğur qazanan böyük və xeyirxah xalqdır. Sülh həmişə sizinlə olsun.

«Xabar.uz» İnformasiya-analitik portalının baş redaktoru Cəmşid Niyazovun Azərbaycan Respublikasının Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevlə müsahibəsi

 

http://ednews.net/az/news/interview/303043-sefir-azerbaycan-medeniyyetine-gosterdiyi-hessas-munasibete-gore-ozbekistan-xalqina

əvvəlki xəbər