Dövlət rüsumu

Vətəndaşlığı olmayan şəxslər üçün viza 20$$

Viza rəsmiləşdirilməsi üçün tələb olunan Dövlət rüsumunun dərəcələri və ödənilmə qaydaları:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.1.5-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında viza rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən dəvət məktubunun və müvafiq göstərişin göndərilməsi üçün – 2 manat məbləğində dövlət rüsumu alınır: 

 

Diqqət! Azərbaycan Respublikasına qrup halında gələn əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin hər birindən vizanın rəsmiləşdirilməsinə görə ayrı-ayrılıqda dövlət rüsumu tutulur.

- Bundan əlavə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 17.8-ci maddəsinə əsasən, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq edilir.

Başqa sözlə, ölkəmizə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilərkən qarşılılıq prinsipinə əsaslanaraq həmin şəxsin vətəndaşı olduğu dövlət tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına viza rəsmiləşdirilməsi üçün tutulan məbləğdə dövlət rüsumu alınır.

Azərbaycan Respublikasına səfər edən əcnəbilər təkdəfəli 20 $, çoxdəfəlik 350 $,Tranzit vizalar üçün 20$,  Avropa İttifaqı üzv dövlətlərinin vətəndaşları isətəkdəfəlik və çoxdəfəlik viza üçün 35 avro məbləğində dövlət rüsumu ödəyirlər. Avropa İttifaqı üzv dövlətlərinə 35 avro məbləğində dövlət rüsumu alınır. 

                         

Avropa İttifaqı vətəndaşlarına

 

(Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişə əsasən)

Qeyd: Danimarka Krallığı və İrlandiya vətəndaşları istisna olunmaqla.

35 avro

 

Norveç Krallığı vətəndaşlarına

 

(Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında “Vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişə əsasən)

35 avro

 

Türkiyə Respublikası vətəndaşlarına

(Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı viza tətbiqi haqqında” Sazişə əsasən)

Diplomatik nümayəndəliklərdə rüsumsuz

Beynəlxalq hava limanlarında

10 ABŞ dolları

 

Yaponiya vətəndaşlarına

(Notalar mübadiləsinə əsasən qarşılıqlı olaraq viza rüsumundan azad edilmə)

Rüsumsuz

Pakistan İslam Respublikası vətəndaşlarına (Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında “Konsulluq məsələləri üzrə Əməkdaşlıq haqqında” Sazişə əsasən )

Ölkədə qalma müddəti 15 günədək olan vizalar rüsumsuz

 

Diqqət!  Viza verilməsindən imtina edildikdə şəxs tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmır!