Səyahət xəbərdarlığı

Azərbaycan Respublikasının Özbəkistan Respublikasında Səfirliyi Özbəkistan Respublikasının vətəndaşlarına Azərbaycan Respublikasınn işğal olunmuş ərazilərinə (Dağlıq Qarabağ və 7 ətraf rayon-Ağdam, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı və Cəbrayıl hal-hazırda Ermənistan Respublikası tərəfindən  işğal altındadır) səyahət etməkdəçəkinmələrini xahiş edir.

Səfirlik qeyd edir ki, qeyri-qanuni işğal beynəlxalq ictimaiyyət, həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən rəsmi şəkildə (822, 853, 874 və 884 saylı qətnamələri) tanınmışdır.

Azərbaycan Respublikasının qanunları işğal olunmuş ərazilərə Azərbaycan Respublikasının razılığı olmadan səyahət etməyi qadağan edir və Azərbaycan Respublikasının razılığı olmadan həmin ərazilərə səyahət edən şəxslər  Azərbaycan Respublikası tərəfindən arzuolunmaz şəxslər (persona non grata) hesab olunacaq və gələcəkdə növbəti səfər zamanı Azərbaycan Respublikasına buraxılmayacaqlar, həinin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinəəsasən cinayət məsuliyyətinə cəlb oluncaqlar.

 

 

 

pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə:

  • qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur);
  • valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.

 

15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.

15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.