Konsulluq qeydiyyatı

Diqqətinizə çatdırmaq istərdik ki, xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən uçota alınması prosedurları Azərbaycan Respublikası Xarici İşlər Nazirinin 12.09.2012-ci il tarixli, Q/07-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydalara əsasən xarici ölkələrdə qanuni əsaslarla daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən təmin edilməlidir.

Azərbaycan Respublikasının vətəndaşlarının konsulluq qeydiyyatına alınması üçün tələb olunan sənədlər aşağıdakılardır:
 

1. Anket (Özbəkistan Respublikası ərazisində daimi və ya müvəqqəti yaşayanlar üçün);

2. Özbəkistan Respublikası ərazisində daimi və ya müvəqqəti yaşayış icazəsi verən sənədin surəti;

3. 1 ədəd rəngli fotoşəkil (3x4);

4. Ümumvətəndaş pasportun surəti